Elvin: "Cırıq şalvarla efirə çıxmaram"

Elvin: "Cırıq şalvarla efirə çıxmaram"
11:37 4 Fevral 2017
21 Şou
Ölkə mətbuatı
A- A+

Təkliflər gəlir ki, filankəslə qalmaqal et. Qəbul etmirəm, buna ehtiyacım yoxdur. Həm də mənə yaraşmaz. İyrənc söz-söhbətlərin içində adımın hallanmasını istəmirəm. 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev "Xəzər maqazin"ə açıqlamasında deyib. 

Sənətçi qalmaqalla gündəmə gələn həmkarlarını qınayıb. O bildirib ki, hər gün tədbirlərə qatılmağı xoşlamır:

"Qeybət olan yerlərdə görünmürəm. Gündəmdə tez-tez görünsən, problem də, adına çıxan söz də çox olar. Bir vaxtlar qalmaqal yaradan, səsi olmayıb, boş danışanlar efiri zəbt etmişdi. İndi amma sanballı ifaçılara yer verilir. Çıxdın kamera qarşısına kiməsə söz atdın, nə olsun?"
 
Elvin yaxın günlərdə imicində dəyişiklik edəcəyini də söyləyib:

"Demirəm, sırğa taxıb, cırıq şalvarla efirə çıxacam. Çılğın ola bilmərəm, sanballı görünəcəm. Tamaşaçı da məni çılğın imicdə qəbul etməz. Amma dəyişiklik olacaq. Bunun üçün də stilist Anar Ağakişiyevə müraciət edəcəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/514267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR