Avronun yaranmasından ən çox zərər görən ölkə müəyyənləşib

Avronun yaranmasından ən çox zərər görən ölkə müəyyənləşib
11:42 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Avronun yaranmasından keçən 18 il ərzində 19 üzvü olan Avrozona ölkələrindən ən çox iqtisadi zərər görən İtaliya olub. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu dövr ərzində İtaliyada adambaşına düşən ÜDM real olaraq 0,4% azalıb. İtaliya iqtisadiyyatı 18 ildə 6,2% artdığı halda, əhalinin sayında 6,6% artım olub. 
İtaliyanın "UniCredit" bankının iqtisadçısı Loredana Federikonun sözlərinə görə, digər Avrozona ölkələri ilə müqayisədə İtaliya son 18 ildə ən az iqtisadi artım əldə edib : "Gələcək illər ərzində İtaliyanın böhran öncəsi iqtisadi artım tempini yaxalayan Avrozona ölkələri ilə iqtisadi artım fərqini qapatması çətin olacaq".
"Bloomberg"in hesabatına əsasən, İtaliyanın adambaşına ÜDM artımı son 18 ildə maliyyə böhranı yaşayan Yunanıstandan da aşağı olub. Belə ki, bu dövrdə adı çəkilən göstərici Yunanıstanda 4% artıb. Agentlik Avrozonada adambaşına ÜDM-in artımına görə son 18 ildə lider ölkənin Almaniya (+26,1%) olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avronun-yaranmasindan-en-cox-zerer-goren-olke-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR