Pərviz Damlaynan münasibətindən danışdı: "Sevginin qarşısını almaq olmaz"

Pərviz Damlaynan münasibətindən danışdı: "Sevginin qarşısını almaq olmaz"
12:14 4 Fevral 2017
241 Digər
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Pərviz Bülbülə müğənni Damla ilə sevgili olması xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən söz ustası deyib ki, müğənni ilə sevgili həyatı yaşamır: “Damla mənim duet ortağım deyil, sadəcə birgə canlı ifamız alınıb. Yəni onunla studiya variantı nə şeirimiz, nə də mahnımız var.  Barəmizdə şayiə yayanları qınamıram. O söhbətlər olmalıdı. Damla xanımın xətrini çox istəyirəm. Özü də bilir. Yalnız onunla sənət yoldaşıyıq. Toylarda, şənliklərdə rastlaşırıq. Aramızda heçnə yoxdur. Sadəcə birgə səhnə bölüşməyimiz xalqın xoşuna gəlir. Xalqın da istəyinin qarşısını heç bir şeylə almaq olmaz. Bu günləri bütün sənətçilərin istəyi xalq sevgisidir. Sevginin qarşısını almaq olmaz, belə istəyiblər, oxumuşuq”.

 


Qeyd edək ki, eyni mövzuya müğənni Damla Lent.az vasitəsi ilə cavab vermişdi: “"Sosial şəbəkədə Pərvizlə mənim birgə şəkillərimin, videolarımın altına çox qəribə şərhlər yazırlar. Yazırlar ki, sən camaatın ailəsini dağıdırsan, imkan vermirsən, camaat həyatını yaşasın. Sən nə arsız insansan? Bütün bunlardan sonra depressiyaya düşdüm. Bilirsiniz ki, Pərvizin də prodüseri onun qaynıdır, ona zəng etdim, dedim ki, bu nə söhbətdir? O dedi ki, narahat olmayım, Pərvizin həyat yoldaşı onun bacısıdır və bacısı çox xoşbəxtdir. Onun sözlərindən sonra rahatlaşdım". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR