Trampın prezidentliyi dövründə ölkədə 227 min yeni iş yeri açılıb

Trampın prezidentliyi dövründə ölkədə 227 min yeni iş yeri açılıb
12:17 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Donald Trampın prezidentliyi dövründə əmək bazarı ilə bağlı açıqlanan ilk göstərici ölkədə 227 000 yeni iş yerinin açıldığını göstərib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Əmək Nazirliyinin hesabatında məlumat verilib. 
Ağ Evdən verilən xəbərə görə, belə yüksək göstəricinin açıqlanması onlar üçün də gözlənilməz olub. Proqnozlara əsasən, kənd təsərrüfatı sahəsi istisna olmaqla yeni iş yerlərinin sayının 175 000 nəfər artacağı ehtimal edilirdi. Ağ Evin nümayəndəsi Şon Spayser (Sean Spicer) bildirib ki, istehlakçıların iqtisadiyyata inamı Trampın siyasəti sayəsində artır.
Qeyd edək ki, yeni iş yerlərinin açılması D.Trampın seçki öncəsi verdiyi əsas vədlərdən biridir. Tramp 25 mln. yeni iş yerinin açılması üçün çalışdığını bəyan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/trampin-prezidentliyi-dovrunde-olkede-227-min-yeni-is-yeri-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR