Bakı məktəblərində istilik problemi - BŞTİ-dən AÇIQLAMA

Bakı məktəblərində istilik problemi - BŞTİ-dən AÇIQLAMA
12:24 4 Fevral 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bəzi məktəblərdə istilik sisteminin zəif və ya tamamilə olmaması ilə bağlı Lent.az-a şikayətlər daxil olub. Həmin məktəblərdə isə bu səbəbdən davamiyyətin xeyli aşağı düşdüyünü də qeyd ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Lent.az-ın sorğusuna cavab olaraq məlumatı qismən təsdiq edib:

 

"Hazırda beş ümümi təhsil müəssisəsi qaz təzyiqinin aşağı olması səbəbindən istiliklə normadan zəif təmin olunur, iki məktəbin binadaxili istilik xətlərində təmir işləri aparılır".

 

 

Bununla yanaşı BŞTİ-dən bildirilib ki, ümumi təhsil məktəblərində davamiyyətlə bağlı elə bir ciddi problem qeydə alınmayıb: "Hava şəraiti ilə əlaqədar ötən günlərdə məktəblərdə davamiyyət orta statistik göstəricidən qismən aşağı düşsə də, təlim prosesi normal qaydada davam edir".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR