Milyarder ABŞ-ın ordu naziri olmaqdan imtina edib

Milyarder ABŞ-ın ordu naziri olmaqdan imtina edib
12:32 4 Fevral 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Milyarder və hərbi xidmət veteranı Vinsent Viola ABŞ-ın ordu naziri vəzifəsindən imtina edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, V.Viola ailə biznesini atmaq istəmədiyindən nazir olmaq təklifi ilə razılaşmayıb. 
"Müdafiə naziri Ceyms Mattis məyusdur, amma eyni zamanda Violanın seçimini anlayır və ona hörmət edir", - deyə Pentaqonun məlumatında bildirilib.
Eyni zamanda, C.Mattisin qısa zamanda yeni namizədini təqdim edəcəyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/milyarder-abs-in-ordu-naziri-olmaqdan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR