Bakıda daş karxanasında ölüm - Gözətçinin meyiti tapıldı

Bakıda daş karxanasında ölüm - Gözətçinin meyiti tapıldı
12:32 4 Fevral 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Milli.Az Trend-ə istiadən xəbər verir ki, hadisə fevralın 4-də gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisindəki daş karxanalarından birində baş verib. Həmin karxanada gözətçi işləyən Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Yolçuyev Gəncəvi Binnət oğlunun meyiti səhər saatlarında gözətçi otağında tapılıb.

Meyit müayinə edilib və onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR