"Ramil Şeydayev Azərbaycanı seçməyə peşman olub"

"Ramil Şeydayev Azərbaycanı seçməyə peşman olub"
12:37 4 Fevral 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

"İndi Ramil Şeydayev legioner statusu daşıyır. Bu, Rusiyaya qayıdacağı halda artıq ona neqativ təsir göstərəcək". Fanat.Az xəbər verir ki, bu sözləri “Zenit”in gənclər komandasının baş məşqçisi Boris Rapoport deyib.


Baş məşqçi milli futbolçumuzun Ukraynanın "Arsenal" klubuna kömək edə biləcəyini bildirib: "Ramil “Trabzonspor”da demək olar 1 il itirdi. Bu da az oynamağı ilə bağlıdı. Onun hansı vəziyyətdə olduğu da məlum deyil. Ancaq onun potensialı yüksək səviyyədə oynamağa imkan verir. Buna görə Şeydayev Tula “Arsenal”ına kömək edə biləcək. Şeydayev bu komandaya lazımdı”.


Rapoport Şeydayevin vətəndaşlığını dəyişməsindən peşman olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb: “Əgər bu, belə olsa belə, o, bunu heç vaxt etiraf etməyəcək. Mənə elə gəlir ki, Ramil peşman olub. Hərçənd, dünyada hər şey dəyişir. Pul ön, futbol isə ikinci plana keçir. Şeydayev 3 ildə “Zenit”də çox inkişaf etdi. İndi gənc futbolçulara yüksək maaşlı müqavilə təklif etməklə çox tələsirlər. Mənə elə gəlir ki, əsas komandaya düşəcəyi halda pullar vermək lazımdı".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotramil-eydayev-azrbaycan-secmy-peman-olubquot-t56047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR