Azərbaycanlı bəstəkarın halı pisləşdi: "Dərman almağa pulum yoxdur"

Azərbaycanlı bəstəkarın halı pisləşdi: "Dərman almağa pulum yoxdur"
12:49 4 Fevral 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Bəstəkar Tahir Əkbərin səhhəti pisləşib. Lent.az-ın məlumatına görə, 71 yaşlı T.Əkbər "Xəzər maqazin" verilişinə bildirib ki, dərmanlarını almağa imkanı yoxdur: "İl yarım əvvəl əməliyyat olunmuşdum. İndi məlum oldu ki, başqa bir xəstəliyim var. Bir müddətdir qızımın təhsil haqqını ödəyə bilmirəm, həyəcan keçirirəm. Düşünürəm ki, mən bunu hardan alıb ödəyəcəm. Bütün problemlər yığıldı, nəticədə halım pisləşdi. Dərmanlarımı almağa belə çətinlik çəkirəm. Eləsi var ki, bahadır ala bilmirəm. Bir az da borclarım var. Sağalım hamısını ödəyəcəm".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR