Türkiyə Silahlı Qüvvələri İŞİD-in dörd "əmir"ini məhv edib

Türkiyə Silahlı Qüvvələri İŞİD-in dörd "əmir"ini məhv edib
12:57 4 Fevral 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı çərçivəsində Əl-Bab və Bzagah rayonlarında terrorçuların mövqelərinə havadan zərbə endirilib. 
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 
Nəticəsində sutka ərzində 51 terrorçu məhv edilib. Zərərsizləşdirilən terrorçular arasında İŞİD terror qruplaşmasının dörd "əmir"i də olub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiy "Fərat qalxanı" əməliyyatı 165-ci gündür davam edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-silahli-quvveleri-i-si-d-in-dord-emir-ini-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR