1003 gündən sonra

1003 gündən sonra
12:57 4 Fevral 2017
36 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrəli hücumçu Daniel Subotiç "Qəbələ"yə qayıdışını qolla qeyd edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2013/14 mövsümündə də "qırmızı-qaralar"ın formasını geyinən legioner Premyer Liqanın XVI turunun "Neftçi" ilə qarşılaşmasında meydana daxil olub. 

Sonuncu dəfə 2014-cü il mayın 17-də keçirilən "Sumqayıt"la matçda (3:1) Premyer Liqamızda oynamış hücumçu 993 gündən sonra çempionata qayıdıb.
 
Son qolunu isə 10 gün əvvəl - "Bakı" (3:1) ilə qarşılaşmada vuran Subotiç 1003 gündən sonra rəqib qapısına yol tapıb.
 
Lehioneri "Qəbələ"yə dönüşü isə 988 gündən sonra reallaşıb. Belə ki, Daniel mayın 22-də "Neftçi" ilə kubokun finalında da forma geyinmişdi. Həmin qarşılaşmada penaltilərlə məğlubiyyətə (1:1, pen.2:3) üzülən isveçrəli bu dəfə vurduğu qolla 1:0 hesablı qələbənin memarı olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR