Azərbaycan İsveçin sabiq baş nazirini Avropada dini-mədəni ayrıseçkiliyi təşviq etməməyə çağırır

Azərbaycan İsveçin sabiq baş nazirini Avropada dini-mədəni ayrıseçkiliyi təşviq etməməyə çağırır
13:05 4 Fevral 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Karl Bildti müasir həssas dönəmdə Avropanın dini-mədəni bölgüsünü deyil, sivilizasiyalararası və dinlərarası dialoq, multikulturalizmi təşviq etməyə çağırırıq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib ki, bu gün Avropanın və dünyanın buna daha çox ehtiyacı var: "Onun tərəfindən təqdim olunan başadüşülməz xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə fərqli rəng çalarları ilə müraciət etməsi qanlı etnik təmizləmə və işğal nəticəsində həmin ərazilərdən didərgin salınmış köklü azərbaycanlıların və ümumiyyətlə, Azərbaycan xalqının minilliklər boyu tarixi, maddi-mədəni və dini irsinin inkar olunması deməkdir. Ümid edirik ki, K.Bildt yol verdiyi bu yanlışlığı aradan qaldıracaq".

Qeyd edək ki, İsveçin sabiq baş naziri K.Bildt öz Tvitter səhifəsində Avropanın dini xəritəsini yerləşdirib, hansı ki, orada Dağlıq Qarabağ xristian əhalinin yaşadığı ərazi kimi göstərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/514303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR