Avropa bazari Turkiye ucun artiq prioritet deyil

Avropa bazari Turkiye ucun artiq prioritet deyil
22:33 6 Yanvar 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Ereb xeberler xidmetinin rehberi
Rufiz Hafizoglu - Trend:

Turkiyenin Bas naziri Ehmed Davudoglu dunen olkenin Iqtisadiyyat Nazirliyi terefinden kecirilen 3-cu ticaret musavirleri konfransinda 2015-ci il ucun iqtisadi planlarini aciqladi.

Bas nazir 2008-ci ilden bu gune qeder bir cox sahelerde nailiyyetlerin elde edildiyini, amma bunun az oldugunu deyerek, turk is adamlarini qonsu olkelere investisiya yatirmaga tesviq etdi.

Heqiqeten de 2008-ci il Turkiye iqtisadiyyati ucun cox onemli bir il oldu. Bele ki, mehz hemin il Ankara Beynelxalq Valyuta Fondu ile yeni kredit imzalanmasindan imtina etdi. Bu cidd-cehdle olke iqtisadiyyatini dirceltmeye calisan Turkiye ucun ciddi irelileyis idi.

Davudoglunun nitqinde en diqqet ceken meqamlardan biri de Turkiyenin uc regiona - Afrika, Latin Amerikasi ve Asiya olkelerine xususi diqqet yetireceyi oldu.

Bas nazir xususi olaraq vurguladi ki, Turkiye Avropa bazari daralan zaman qonsu olkelere, qonsu olkelerde siyasi bohranlar yarandigini zaman ise Afrika ve Latin Amerikasi olkelerinin bazarina girmeye basladi.

Bu gun Turkiyenin regionda artan gucu nezere alinsa, Davudoglunun Avropa bazari haqqinda soylediklerini ve eyni gunde olkenin XIN rehberi Movlud Cavusoglunun Avropa Ittifaqinin (AI) Turkiyenin bu quruma uzvluk meselesini uzatmaqla saglam mentiqden uzaq olan sehv addimlar atdigini beyan etmesi eslinde Avropaya realliqdan yaranan ismaric kimi qebul etmek olar.

Tebii ki, bundan evvel de Turkiye resmileri AI haqqinda benzer cixislar edibler. En son olaraq, olkenin AI isleri uzre naziri Volkan Bozkir Ankara ve AI arasinda muzakirelerin bu qurumun Turkiyeden teleb etdiyi formatda davam ede bilmeyeceyini qeyd etmisdi. Bozkirin sozlerine gore, AI Turkiyeye yuxaridan baxir ki, bu da Ankara ucun esla qebuledilmezdir.

Heqiqeten de bu gun AI-Turkiye munasibetlerine nezer yetirilse, Avropa Ittifaqinin bu meselede qeyri-semimi oldugunu gormek olar.

Turkiyenin quruma tamhuquqlu uzvluk ucun 2005-ci ilden indiyedek umumilikde 168 islahat paketi heyata kecirmesine baxmayaraq, AI bu gune qeder Ankaraya uzvlukle bagli teskinlik vermekdedir.

Turkiye AI-ye uzvluyu daha cox olkenin demokratiklesmesi ucun isteyir. Ankara AI ile munasibetlerinin temelini insan haqlari ve demokratiya uzerinde qurmasina baxmayaraq, AI bu gune qeder Turkiye ile munasibetlerini hansi prinsip uzerinde qurdugunu deqiqlesdirmeyib. Bu ise terefler arasinda baslica problemlerden biridir.

Diger problemli meqamlardan biri de Turkiyenin Avropa Gomruk Ittifaqina uzv olmasidir.

AI ve ABS arasinda Transatlantik ticaret-investisiya emekdasligina (TTIP) dair muqavilenin imzalanacagi teqdirde, bundan ilk novbede Turkiye eziyyet cekecek. Cunki muqavile imzalanarsa, ABS mallari Turkiye bazarina rusumsuz daxil olacaq ki, bu da Ankara ucun milyardlarla dollar itki demekdir.

Mehz bu sebebden de AI ve ABS arasinda TTIP muqavilesinin imzalanacagi teqdirde, Turkiyenin Avropa Gomruk Ittifaqindan cixacagi ehtimal edilir. Bununla yanasi, gec-tez Ankara AI-ye alternativ qurum axtaracaq.

Ankaranin Avropa bazarina tam olaraq elvida deyeceyi inandirici olmasa da, butun vasitelerle iqtisadiyyatinin mohkemlenmesine calisan Turkiyede 2015-ci ilin diplomatik ve iqtisadi seferberlik ili olacagini soylemek olar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR