Bakıda DYP əməkdaşı YOXA ÇIXDI - RƏSMİ

Bakıda DYP əməkdaşı YOXA ÇIXDI - RƏSMİ
13:33 4 Fevral 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yol polisi yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu haqda məlumatı Vətəninfo.az saytı yayıb.

Daxili İşlər Nazirliyindən saytın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib: “Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR