İstirahət gününün hava proqnozu açıqlandı

İstirahət gününün hava proqnozu açıqlandı
13:51 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 0-2° isti, gündüz 5-9° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR