Pentaqon rəhbəri: "İran beynəlxalq terrorizmin əsas sponsorudur"

Pentaqon rəhbəri: "İran beynəlxalq terrorizmin əsas sponsorudur"
14:04 4 Fevral 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

"İranın raket sınaqlarının sayını artırmasına rəğmən ABŞ Yaxın Şərqə hərbi müdaxiləsini genişləndirməyəcək". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, belə bir bəyanatla ABŞ-ın müdafiə naziri Ceyms Mettis çıxış edib.


"İran beynəlxalq terrorizmin əsas sponsorlarındandır və bu, dünya üçün çox böyük problem, ciddi təhlükədir. Biz bunu onlara baş salmalıyıq".

Bu yaxınlarda ABŞ İrana qarşı sanksiyaları genişləndirib, qadağalar ölkənin 13 fiziki şəxsinə, 12 şirkətinə tətbiq edilib. Yanvarın 29-da Tehran orta mənzilli ballistik raketin sınağını həyata keçirib. Senatorlar isə bunu böyük təhlükə kimi dəyərləndirib və prezident Donald Trampa sanksiyaların genişləndirilməsi ilə bağlı məktub ünvanlayıb.

 

Rəsmi Tehrandan isə Vaşinqtonun bu addımı qanunsuz adlandırılıb və cavab tədbirləri görüləcəyi açıqlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR