İsveçli nazir Trampı lağa qoydu - FOTO

İsveçli nazir Trampı lağa qoydu - FOTO
14:08 4 Fevral 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

İsveç baş nazirinin müavini və iqlim naziri İsabella Lovinin feysbuk hesabında qəribə bir şəkil paylaşıb.

Publika.az xəbər verir ki, onun 7 qadın həmkarı ilə birlikdə bir sənədi imzalayarkən çəkdirdiyi şəkli ABŞ prezidenti Donald Trampa bir mesaj kimi şərh edilib.

Belə ki, bu günlərdə ABŞ prezidentinin 7 nəfər kişi köməkçisi və məsləhətçisi ilə birlikdə aborta qarşı bir qanun layihəsini imzalayarkən çəkdirdiyi foto sosial şəbəkədə çox müzakirə edilmişdi. İnsanlar 7 kişinin qadınlarla bağlı bir məsələdə qərar qəbul etmələrini doğru hesab etməmişdirlər.

İsveçli nazir paylaşdığı şəklin məhz Trampın həmin şəklinə tənqid məqsədilə çəkildiyini deyib. Trampdan fərqli olaraq xanım nazirin şəklinə xeyli müsbət rəy yazılıb.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/186427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR