“Ford" "ZİL"ə çırpılıb alışdı - BAKIDA

“Ford" "ZİL"ə çırpılıb alışdı - BAKIDA
14:14 4 Fevral 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

İki avtomobil toqquşaraq yanğına səbəb oldu.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “Ford" markalı minik avtomobili idarəetməni itirərək "ZİL" markalı yük avtomobilinə çırpılması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR