2020-ci ildə Bakı kişi idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək

2020-ci ildə Bakı kişi idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək
14:47 4 Fevral 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

2020-ci ildə Bakıda kişi idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarışma Tokio-2020 Olimpiadasından öncə baş tutacaq və lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hər il Bakıda Milli Gimnastika Arenasında Dünya Kubokunun mərhələləri keçirilir və bu mərhələlərdə də Olimpiya Oyunlarında iştirak üçün lisenziya xalları verilir.

2007, 2009 və 2014-cü illərdə Azərbaycan bədii gimnastika üzrə 3 Avropa çempionatına ev sahibliyi edib. Gələn il isə Bakıda batut gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR