Türkiyədə "Son Dəqiqə" qadağası - FOTO

Türkiyədə "Son Dəqiqə" qadağası - FOTO
15:05 4 Fevral 2017
1052 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyə mətbuat orqanlarının əksəriyyəti adi xəbərləri də "Son dəqiqə" başlığı ilə təqdim edərək şişirtməkdə mahirdirlər. 

Milli.Az "Haberler"ə istinadla bildirir ki, məsələ RTÜK (Türkiyənin Televiziya və Radio Şurası ) də geniş müzakirə olunub. Hətta Türkiyə mətbuatında "Son dəqiqə" ifadəsindən istifadənin qadağan olunması barədə xəbərlər yayılıb.

Qurumun başçısı İlhan Yerlikaya məsələ ilə bağlı açıqlama verib:

"Son dəqiqə", "isti xəbər" ifadələri qadağan olunmayıb. Biz hadisənin üstündən bir neçə saat keçəndən sonra "son dəqiqə" başlığı ilə yazılan xəbərlərə qarşıyıq. Hətta bəzən elə xəbərlər olur ki, 2 günün hadisəsini "sıcak haber", "flash haber", "son dakika" kimi başlıqlarla təqdim edirlər. Bununla mübarizə aparmaq lazımdır".

Qeyd edək ki, bu tip başlıqlardan ən çox "milliyet.com.tr", "gazetevatan.com.tr" kimi mətbu orqanlar istifadə edir. Əslində isə bu ifadə, sadəcə, partlayış, fövqəladə hal və digər vacib xəbərlərdə tətbiq olunmalıdır. 

Bəxtiyar Umarlı
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/514329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR