"Xəmsə" "Kəpəz"i boykot etdi

"Xəmsə" "Kəpəz"i boykot etdi
15:17 4 Fevral 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Gəncənin "Xəmsə" fan klubu "Kəpəz"i boykot edib. Fanat.Az fan-klubun yaydığı bəyanatı təqdim edir:


"İllərdir ki, "Kəpəz"in hər addımında yanında olub onu dəstəksiz qoymayan "Xəmsə" müstəqil fanat klubu komandanın bərbad çıxışı, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"i faktiki olaraq Bakı klubuna çevirməsinə etiraz olaraq komandanın oyunlarını qeyri-müəyyən müddətə boykot edir. Növbəti mərhələlərdə etiraz olaraq başqa addımların da atılması nəzərdə tutulur. Boykotun müddəti,  etirazların hansı istiqamətdə aparılması,  və ya dayandırılmasına qərar Müşahidəsi Şurasının məsələ ilə bağlı rəsmi açıqlamasından sonra qərar veriləcək".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxmsquot-quotkpzquoti-boykot-etdi-t56050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR