Rusiyadan gətirilən külli miqdarda qanunsuz siqaret aşkarlandı

Rusiyadan gətirilən külli miqdarda qanunsuz siqaret aşkarlandı
15:24 4 Fevral 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası istiqamətindən idarənin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDİ " markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı "Drakula" adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib. Yoxlama zamanı nəqliyyat vasitəsinin, eləcə də ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78400 ədəd "Parliament" markalı, 9600 ədəd "Marlboro" markalı olmaqla, cəmi 88000 ədəd siqaretlər aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR