Məşhur argentinalı futbola döndü

Məşhur argentinalı futbola döndü
15:27 4 Fevral 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Argentinanın əfsanəvi futbolçularından hesab edilən Pablo Aymar futbola dönmək qərarına gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi sevimli komandası "Estudiantes Rio Kuarto"ya qayıdıb.

2015-ci ildə "River Pleyt"in heyətində karyerasını bitirən Aymarı 2 ildən sonra futbola qayıtmağa "Estudiantes Rio Kuarto"nun düşdüyü çətin durum məcbur edib. Belə ki, Aymar Torneo Federal B liqasında mübarizə aparan ilk komandasına kömək etmək qərarına gəlib.
 
Qeyd edək ki, 1985-1993-cü illərdə "Estudiantes Rio Kuarto"nun yetişdirdiyi Pablo Aymar Argentina millisinin heyətində 52 oyun keçirib, 8 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR