Vladimir Jirinovski yenidən Rusiya Liberal Demokrat Partiyasının sədri seçilib

Vladimir Jirinovski yenidən Rusiya Liberal Demokrat Partiyasının sədri seçilib
15:47 4 Fevral 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Rusiya Liberal Demokrat Partiyasının (RLDP) növbəti qurultayı keçirilib. 
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının deputataı Vladimir Jirinovski yenidən partiyanın sədri seçilib.
Qeyd edək ki,  o, 31 mart 1990-cı ildən bu postu tutur. RLDP-nin Nizamnaməsi bir şəxsə məhdudiyyətsiz sayda sədr seçilməyə imkan verir. Partiya rəhbəri 4 illik müddətə seçilir. Partiya sədri strateji rəhbərliyi həyata keçirir, siyasi təşkilatın əsas nümayəndəsi kimi çıxış edir, bütün əsas qərarları qəbul edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/vladimir-jirinovski-yeniden-rusiya-liberal-demokrat-partiyasinin-sedri-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR