Bakı Avropa çempionatına ev sahibliyi edəcək

Bakı Avropa çempionatına ev sahibliyi edəcək
16:07 4 Fevral 2017
31 İdman
Ölkə mətbuatı
A- A+

2020-ci ilin 6-10 may tarixlərində Bakıda kişi idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.


Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.


Yarışma Tokio-2020 Olimpiadasından öncə baş tutacaq və lisenziya xarakteri daşıyacaq.


Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci il Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən Avropa Çempionatlarında da Tokio-2020-yə lisenziya oynanılır.


Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya qədər gimnastikanın 3 növü üzrə (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) məhz lisenziya xarakteri daşıyan Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə Dünya Çempionatı təşkil edəcək.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bak-avropa-cempionatna-ev-sahibliyi-edck-t56051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR