Goranboyda bir ailənin 3 üzvü zəhərləndi, biri öldü

Goranboyda bir ailənin 3 üzvü zəhərləndi, biri öldü
16:47 4 Fevral 2017
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda qidadan zəhərlənmə olub.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhəri Abbas Səhhət adın 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səylərinə rəğmən, İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. S.Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir.

Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/514365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR