Amerikalıların 22 faizi Rusiyanı düşmən ölkə hesab edir

Amerikalıların 22 faizi Rusiyanı düşmən ölkə hesab edir
16:52 4 Fevral 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ vətəndaşlarının 22 faizi Rusiyanı düşmən hesab edir.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "YouGov" şirkətinin keçirdiyi sorğunun nəticələrinə dair hesabatda deyilir.

Respondentlərin 33 faizi isə Rusiyanı "dost olmayan ölkə" adlandırıb. 

Prezident seçkilərində Hillari Klintona səs verənlər arasında Rusiyanı düşmən hesab edənlərin sayı Donald Trampa səs verənlərdən 4 dəfə çoxdur. Respondentlərin 19 faizi isə Rusiyanı müttəfiq və dost ölkə hesab etdiyini açıqlayıb.

Qeyd edək ki, 28 yanvar -1 fevral tarixlərində keçirilən sorğuda 1313 respondent iştirak edib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR