Milyarderlər piylərini BELƏ ƏRİDİR - FOTO

Milyarderlər piylərini BELƏ ƏRİDİR - FOTO
16:53 4 Fevral 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

“Forbes” jurnalı milyarderlərin hansı idman növü ilə məşğul olduqlarını araşdırıb.

Publika.az jurnala istinadən xəbər verir ki, 25 faiz, xüsusilə kiçik biznesi olanlar mütəmadi idmanla məşğul olmağa zamanlarının olmadığını bildirib. 45 faiz idmandan sonra özünü gərgin hiss etdiyini, 60 faiz isə idmandan sonra özlərinə güvənin artdığını deyib.

Başlayaq “Virgin Media Group”un sahibi Riçard Brensondan.

Riçard üzgüçülüklə bərabər məşq salonunda idman edir. Bununla bərabər qaçmağa və yoqaya da zaman tapır. Günə 600 kalori yandıran milyarder bununla həftəyə 4200 kalori verir.

Larri Ellison

“Oracle”nin sahibi məşq salonunda idman edir. Günə 600 kalori yandırmağı bacarır. Həftəyə isə 4299 kalori yandırır.

Nik Vudman

“GoPro”nun yaradıcısı sayılan bu şəxs idmanın ekstremal növləri ilə məşğul olur. Gün ərzində 350 kalori xərcləyir. Həftəlik kalori xərci 1750-dir.

Ket Koul

“Cinnabon”nun baş direktoru olan bu şəxs hər gün qaçır və yoqa ilə məşğul olur. Məşq zamanı 538 kalori itirir. 2690 kalori isə həftəlik xərcləyir.

Mark Zükerberq

Həftədə öz proqramına uyğun məşq edir. Məşq zamanı 400 kalori xərcləyir. Həftəlik isə 1200 kalori yandırır.

Bill Qeyts

Milyarder məşq salonunda idmanla məşğul olur. Gündəlik 400, həftəlik 2800 kalori itirir.

Tim Kuk

“Apple”ın baş direktoru demək olar hər gün səhər məşq salonunda idman edir. Gündəlik 400, həftəlik 2000 kalori xərcləyir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/186440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR