"9 prokurorluq əməkdaşı işdən qovulub"

"9 prokurorluq əməkdaşı işdən qovulub"
17:12 4 Fevral 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb".

Milli. xəbər verir ki, bu barədə kollegiya iclasında baş prokuror Zakir Qaralov məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə respublikamızın 11 rayonunda keçirilmiş qəbullarda Baş Prokurorluğun rəhbərliyi tərəfindən 325 vətəndaş qəbul edilib. Müşavirədə yerlərdə müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilində müəyyən çatışmamazlıqların mövcudluğu diqqətə çatdırılmaqla tələb edilib ki, bu sahə gündəlik nəzarətdə saxlanılmaqla, Baş Prokurorluq üzrə "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında" əmrin qeyd-şərtsiz icrası təmin edilsin.

Qeyd olunub ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2016-cı ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 58 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da neqativ təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/514369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR