ATƏT-in fəaliyyətdə olan sədri həll olunmamış münaqişələrin nizamlanmasına yardım edəcəyinə söz verib

ATƏT-in fəaliyyətdə olan sədri həll olunmamış münaqişələrin nizamlanmasına yardım edəcəyinə söz verib
17:32 4 Fevral 2017
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ "Həll olunmamış münaqişələrin nizamlanmasına yardım etməyə çalışacağıq".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Kişinyovda keçirilən brifinqdə Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts Dnestryanı münaqişəsinin nizamlanmasına dair məsələni şərh edərkən deyib.
Federallaşma məsələsi barədə danışan S.Kurts, münaqişənin həllinə gətirib çıxara biləcək bütün təklifləri dinləməyə hazır olduğunu söyləyib. Ancaq onun fikrincə, doğru yol Moldovanın ərazi bütövlüyünü nəzərə alaraq, Dnestryanıya xüsusi status verməkdir.
"Münaqişə və Dnestryanı problem uzun müddətdir mövcuddur. Hesab edirəm ki, əsas məqsədləri müəyyənləşdirmək və məsələnin tez zamanda həllinin mümkün olmadığını anlamaq vacibdir", - o əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/atet-in-fealiyyetde-olan-sedri-hell-olunmamis-munaqiselerin-nizamlanmasina-yardim-edeceyine-soz-veri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR