Yaddaş kartı boyda kompüter - FOTO

Yaddaş kartı boyda kompüter - FOTO
17:53 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bir flaş-kart boyda kompüter. Bax, buna elmi naliyyət deyə bilərik.

Publika.az xəbər verir ki, bir saqqın qutusu ölçüsündəki bu cihazı HDMI bağlayıcı ilə hər hansı bir monitor və ya TV-yə birləşdirərək kompüterə çevirə bilərsiniz.

Bu mikrokompüter “CES” beynəlxalq istehlak sərgisində “Intel” şirkəti tərəfindən təqdim olunmuşdu. O vaxtdan mütəxəssislər və istifadəçilər üstünlükləri və çatışmazlıqlarını mübahisə edirlər.

Üstünlüklərdən danışarkən, şübhəsiz qurğunun ilk növbədə ölçüsünə toxunmalıyıq. Onun uzunluğu 12 santimetrdir, cibə asanlıqla yerləşir. Ancaq, mikrokompüter sistem və daxili yaddaş üzrə məhdudiyyətlərə malikdir. Bütovlükdə isə onu məhsuldarlığı baxımından noutbukların ucuz modelləriylə müqayisə etmək olar.

Ən ucuz model Core M3-6Y30 prosessoruyla təchiz edilib və 299 dollara başa gələcək. Ən bahalı M5-6Y57 prosessoruyla təchiz edilib və 485 dollar civarında olacaq. Qalan xarakteristikalara gəldikdə, 64 QB-da daxili yaddaş, 4 Qb DDR3, Intel HD Graphics 515, Wi-Fi 802.11ac, Bluetooth 4.2, USB 3.0 və MicroSDXC interfeysi var.
Core M3 Intel prosessoruyla Compute Stick mayın əvvəlində satışda çıxarılacaq.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/186445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR