Qubada avtomobil ehtiyat hissələri satılan mağaza yanıb

Qubada avtomobil ehtiyat hissələri satılan mağaza yanıb
18:02 4 Fevral 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Qubada yanğın olub.
"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun İkinci Nügədi kəndində baş verib. 
Hadisə nəticəsində kənd sakini Eldəniz Şahbalayevə məxsus avtoyuma məntəqəsi və ona bitişik avtomobil ehtiyat hissələri satılan mağazası yanıb. Həmçinin, yaxınlıqdakı avtomobil təmiri sexinə də ziyan dəyib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən maşını cəlb olunub.
Hadisənin elektrik qısaqapanmasından baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-avtomobil-ehtiyat-hisseleri-satilan-magaza-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR