"Mançester Siti" Türkiyə aşağı liqasında çıxış edən "Altınordu"nun futbolçusunu istəyir.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "şəhərlilər" I Liqa klubunun 16 yaşlı qapıçısı Bərkə Özəri heyətinə qatmaqda maraqlıdı.
Artıq oyunçu üçün klubuna rəsmi təklif göndərilib. 2 ildir skaut qrupu tərəfindən izlənilən və Qvardiolanın şəxsən çox bəyənədiyi qapıçı Tükiyənin aşağı yaş qruplarından ibarət millisində də forma geyinir.
Qeyd edək ki, "Mançester Siti" iki mövsüm əvvəl "Bursaspor"dan Enes Ünalı transfer edib. Futbolçu hazırda "Tvente"də icarə əsasında çıxış edir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində