Xalq və əməkdar artistlərinin yarım ştata keçirilməsi ilə bağlı AÇIQLAMA

Xalq və əməkdar artistlərinin yarım ştata keçirilməsi ilə bağlı AÇIQLAMA
19:05 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir qrup Prezident Təqaüdçüsü və Prezident Mükafatçıları olan, yaşı 65-dən və 70-dən keçmiş xalq və əməkdar artistlərinin yarım ştata keçirilməsi ilə əlaqədar KİV-də müxtəlif fikirlər səslənir.

ADGTT-nın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, teatrın bədii şurasının qərarına əsasən Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunmuş, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olmuşdur.

Hazırda Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin ən fəal və çevik repertuar siyasəti ilə çalışan Dövlət teatrlarındandır. Teatrın repertuarında əsas məşğulluq gənc və orta nəsl aktyorların üzərinə düşür. Teatr müxtəlif ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında və qastrollarda ölkəmizin teatr sənətini məhz gənc aktyorların qüvvəsi ilə uğurla təmsil edir.

Teatrda həmişə xüsusi hörmət və ehtirama layiq görülmüş hörmətli sənətkarlar bu gün də kollektivdə çalışmaqda davam edir. Ölkə başçısının 17 may 2011-ci il tarixli, 127-İVQD nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yaşı 65-i keçmiş işçilərin fərdi müqaviləyə və yaxud müqavilə müddəti bitdikdən sonra işdən azad olunmaları təmamilə qanuna uyğun bir haldır. Teatrda gün ərzində 3-4 tamaşa oynayan gənclərin əmək haqqlarına əlavələrin edilməsi hörmətli xalq artistlərini niyə narazı salmalıdır?

Nəzərə alaq ki, sözügedən sənətkarlar uzun illik səmərəli fəaliyyətlərinə və çoxillik təcrübələrinə görə Ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olmuşdur.

Qeyd edək ki, fevral ayının 8-də ADGTT-da xalq artistləri Y.Qarayevin anadan olmasının 70, A.Salmanlının 75 illiyinə həsr olunmuş Ə.Orucoğlunun "Açarını itirənlər" əsəri əsasında hazırlanmış benefis tamaşanın premyerası keçiriləcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/514332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR