ABŞ əhalisinin 22 faizi Rusiyanı “düşmən” hesab edir - ŞOK HESABAT

ABŞ əhalisinin 22 faizi Rusiyanı “düşmən” hesab edir - ŞOK HESABAT
19:08 4 Fevral 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən nüfuzlu sorğu təşkilatı hesab olunan “YouGov” ABŞ-da əhali arasında Rusiya ilə bağlı keçirdiyi araşdırmaların nəticələrini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hesabatda ABŞ əhalisinin hər 5 nəfərdən birinin Rusiyanı düşmən dövlət gördüyü qeyd olunur.

“YouGov” təşkilatının hesabatında deyilir ki, ABŞ vətəndaşlarının təqribən üçdə biri Rusiyanı “dost olmayan”, 22 faizi isə “düşmən” dövlət olaraq görür.

Hesabatda Rusiyanı “düşmən” olaraq görənlərin 39 faizi ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klintona, 10 faiz isə Donald Trampa səs veriblər.

Sorğunun nəticələrinə görə, ABŞ-ın ən böyük düşmənləri Şimali Koreya və İran, ən yaxın müttəfiqləri isə Kanada və Böyük Britaniyadır.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR