Mahsun Kırmızıgül 10 milyon ziyana düşdü

Mahsun Kırmızıgül 10 milyon ziyana düşdü
19:12 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Müğənni, rejissor Mahsun Kırmızıgülün yanvarın 25-dən etibarən kinoteatrlarda nümayiş edilən "Vezir parmağı" ("Vəzir barmağı") filmi istənilən reytinqi verməyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 400 salonda göstərilən filmi 400 min tamaşaçı izləyib. Mahsuna son filminə görə 10 milyon lirə (təxminən 5 milyon manat) məbləğində zərər dəyib.

Belə ki, "Vəzir barmağı"ndan ümumilikdə 4 milyon lirə (təxminən 2 milyon manat) əldə olunub.

Qeyd edək ki, filmin çəkilişləri üçün 14 milyon lirə (təxminən 7 milyon manat) vəsait sərf olunmuşdu. Film nümayişə girdikdən sonra bəzi bələdiyyələr nümayişinə qadağa qoyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/514378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR