Süfrə duzu və dəniz duzu arasındakı fərq

Süfrə duzu və dəniz duzu arasındakı fərq
19:17 4 Fevral 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Süfrə duzu, təbiətdə qaya halında olur və kimyəvi proseslərdən keçirilərək yod əlavə olunan bir maddədir. Yeraltı duz yataqlarından çıxarılan duzdan, bu proseslərdən keçdikdən sonra əlimizdə qalan isə yalnız ölmüş minerallardır.

Dəniz duzu və süfrə duzu təməldə eyni qida dəyərlərindən ibarətdir: Natrium və xlor. Ancaq dəniz duzu adətən daha sağlam və təbii olduğu üçün daha çox seçilir.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, iki duz arasındakı əsas fərq isə kimyəvi quruluşunda deyil, dadında, toxumasında və keçirildiyi əməliyyatdadır.
100% təbii dəniz duzu mineral baxımından zənginliyini qoruyur. Təbii, üzvi dəniz duzu hələ 2000 il əvvəl fransız duz işçiləri tərəfindən çıxarıldığı üsulla əldə edilir. Daranaraq yığılır və quruması üçün günəşdə saxlanılır.
Xlor, kalsium, maqnezium, kalium və digər 90 mineral maddə ilk andakı kimi təbii dəniz duzunun tərkibində olur. Bu minerallar tərkiblərində rütubət saxlayırlar və boz rənglidirlər.
 
Təbii dəniz duzu təzyiqi aşağı salan və orqanizmdə su itkisini əngəlləyən təsiri məlumdur. Qaraciyər, böyrəklər və böyrəküstü vəzilərinin daha effektiv işləməsinə yardımçı olur, immun sistemini dəstəkləyir. Təbii dəniz duzuna okeanın bütün mineralları daxildir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR