Xaçmazda və Qubada yanğın olub

Xaçmazda və Qubada yanğın olub
19:22 4 Fevral 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz və Quba rayonlarında yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Bayoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan talvarın 5 m2 sahədə yanar konstruksiyaları və 6 ton ot bağlamasının 4,5 tonu yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Quba rayonu, İkinci Nügədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları və içərisində olan ehtiyat hissələri yanıb.

Bitişik avtomobil təmiri sexləri yanğından mühafizə olunub. Yanğın saat 16:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR