Moldova rusiyalı hərbçilərdən narahatdır

Moldova rusiyalı hərbçilərdən narahatdır
19:47 4 Fevral 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Moldova Dnestryanı bölgəsində rusiyalı hərbçilərin olmasından narahatdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Pavel Filipp ATƏT sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ilə görüşü zamanı deyib.

"Biz rusiyalı hərbçilər və silah-sursatın Moldovadan çıxarılmasına və onların beynəlxalq təşkilatların himayəsi altında beynəlxalq müşahidəçilərlə əvəzlənməsini tələb edirik", - deyə  Pavel Filipp bildirib.
P.Filipp həmçinin Dnestryanı bölgəsinə Moldova tərkibində xüsusi statusun verilməsinə ümidvar olduğunu söyləyib. Bu məsələ Dnestryanı münaqişənin nizamlanmasına dair "5+2" formatında baş tutacaq danışıqlar çərçivəsində müzakirə olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/514386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR