Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?

Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?
19:52 4 Fevral 2017
292 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadınlar öz məhrəmləri yanında dırnaqlarına bəzək və zinət məqsədi ilə lak vura bilərlər. Xüsəsəndə ailəli qadınlar, öz həyat yoldaşları üçün bəzənməlidir. Amma nəzərə almaq lazımdır ki, lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğu üçün hər dəstəmaz vaxtı onu təmizləmək lazım gələcək.

Milli.Az zikr.az-a istinadən bildirir ki, lakin, heyzli vaxtı qadınlar dəstəmaz alıb namaz qılmadıqlarına görə heyzdən təmizlənənə qədər lak vura bilərlər. Xalid ibn Sədan (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir nəfərin namaz qıldığını gördü. Onun ayağının üst hissəsində dirhəm böyüklüyündə yerə su dəyməmişdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona, dəstəmazı və namazı yenidən etməyi əmr elədi". (Əbu Davud, 173).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR