İngiltərə çempionatı: "Çelsi" "Arsenal"ı məğlub edib

İngiltərə çempionatı: "Çelsi" "Arsenal"ı məğlub edib
19:57 4 Fevral 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ "Çelsi" futbol üzrə İngiltərə çempionatının 24-cü turunun ev oyununda "Arsenal" üzərində 3:1 hesabı ilə qələbə qazanıb.
“Report” xəbər verir ki, ev sahiblərinin heyətində qolları Markos Alonso (13-cü dəqiqə), Eden Azar (53) və Sesk Fabreqas (85) vurub.
Qonaqlardan Olivye Jiru (90) fərqlənib.
Hazırda "Çelsi" 59 xal ilə turnir cədvəlinə başçılıq edir. Aktivində 12 xal az olan "Arsenal" üçüncü pillədədir.
Fevralın 12-də keçiriləcək növbəti turda "Çelsi" səfərdə "Bernli" ilə qarşılaşacaq. Bir gün əvvəl isə "Arsenal" "Hall Siti"ni qəbul edəcək.



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-cempionati-celsi-arsenal-i-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR