Rəhim və Lətifə barışdı - video

Rəhim və Lətifə barışdı -  video
20:16 4 Fevral 2017
95 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Rəhim Rəhimli ilə Lətifə Soyuöz barışdı.

Axşam.az-ın məlumatına görə, bu haqda R.Rəhimli "Xəzər maqazin"ə açıqlamasında deyib.

O bildirib ki, həmkarı ilə xalq artisti Aygün Kazımovanın ad günündə bir araya gəlib:

"Lətifənin fanatıarı mənə yaxınlaşıb deyir ki, niyə onunla küsmüsünüz? Lətifənin inciməsini başqalarından eşitmək qəlbimi qırdı. Aygün xanımın ad günündə onunla qarşılaşdım, ona sarıldım, sonra anladım ki, küsülü idik. Amma hər ikimiz bunu unutduq. Biz heç bir şey olmamış kimi bir-birimizdən hal-əhval tutduq. Unutduq getdi. Azərbaycan şou-biznesində bəzi ifaçılar var ki, aramızda soyuqluq var. Onların adını isə çəkmirəm".

L.Soyuöz küsülü olduğu həmkarı ilə bağlı "Hər şey yaxşıdır. Küsülülük bitdi" sözlərini deyib.

Qeyd edək ki, verilişlərin birində R.Rəhimli Lətifənin ünvanına "Sən media üçün maraqsızsan" sözlərini demişdi. L.Soyuöz yaxın dost olduğu ifaçıdan küsmüşdü.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR