"İnter" büdrədi, "Zirə" sevindi

"İnter" büdrədi, "Zirə" sevindi
20:23 4 Fevral 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Premyer Liqada 16-cı tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə 2 qarşılaşma keçirilib.

İlk matçda “Zirə” və “Kəpəz” qarşılaşıb. Turnir cədvəlindəki qonşuların duelinin taleyini 1 qol həll edib. Oyunun təxminən 2/3 hissəsini azlıqda oynayan paytaxt təmsilçisi Nurlan Novruzovun qolu ilə qalib gəlib. Bu qələbə zirəlilərə 4-cü pilləyə yüksəlmək imkanı verib.

Görüş vərəqlərin çoxluğu və hər iki komandanın matçı 10 nəfərlə bitirməsi ilə diqqət çəkib. Meydan sahiblərindən Sezar Meza Kolli, qonaqlardan isə Renan Silva meydandan qovulub.

Turun son matçı Sumqayıtda baş tutub. 4-cü pilləni qorumaq üçün “İnter”ə qalib gəlməli olan “Sumqayıt” ilk yarıda penalti ilə hesabı açıb. Lakin mükafatlara iddialı paytaxt klubu fasilədən sonra hesabda tarazlıq yaradıb.

Bakılılar hətta önə keçməyə də nail olub. Amma meydan sahibləri uzatma dəqiqələrində məğlubiyyətdən qaçıb – 2:2.

Premyer Liqa. 16-cı tur

4 fevral

“Zirə" – “Kəpəz” - 1:0

Qol: Nurlan Novruzov, 37

Qırmızı vərəqələr: Sezar Meza Kolli, 28 - Renan Silva, 90+2

“Sumqayıt” – “İnter” - 2:2

Qollar: Mirabdulla Abbasov, 18-p., Nicat Muxtarov, 90+1 - İlkin Qırtımov, 48, Rauf Əliyev, 88

Turnir cədvəli

1.

Qarabağ

16

11

3

2

29-8

36

2.

Qəbələ

16

10

5

1

32-8

35

3.

İnter

16

7

8

1

27-15

29

4.

Zirə

16

6

3

7

14-16

21

5.

Sumqayıt

16

4

7

5

16-21

19

6.

Kəpəz

16

3

6

7

11-18

15

7.

Neftçi

16

3

1

12

10-32

10

8.

AZAL

16

1

5

10

8-29

8

Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi “Qəbələ”) – 7 qol


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/186455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR