Azərbaycanda xərçəng xəstələri ilə bağlı QORXULU RƏQƏMLƏR

Azərbaycanda xərçəng xəstələri ilə bağlı QORXULU RƏQƏMLƏR
20:38 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Ancaq xərçəng xəstəliklərinin sayının artması, demək olar, ölkə əhalisinin sayının artması ilə yanaşı gedir. Əhalinin sıxlığının çoxaldığı yerlərdə təkcə onkoloji xəstəliklərin deyil, həm də digər xəstəliklərin statistikası yüksələn xətt üzrə gedir".

Bu sözləri Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli söyləyib.

O, Azərtac-a açıqlamasında deyib ki, qonşu ölkələrin statistik məlumatları ilə müqayisə olunsa, Azərbaycanda xərçəng xəstəliyinə tutulmuş insanların sayının bir o qədər də çox olmaması üzə çıxar.

Baş onkoloq ekoloji problemlərin, qida rejiminin, yeyinti məhsullarının keyfiyyətinin, şüalanma və radiasiya səviyyəsinin çoxalmasının onkoloji xəstələrin sayının artmasında əsas rol oynadığını bildirib.

A.Kərimli Azərbaycanda ən çox yayılan xərcəng xəstəliyi növlərini də açıqlayıb:

"Azərbaycanda qadınlar arasında çox vaxt süd vəzisi, kişilər arasında ağciyər, traxeya və bronxların xərçənginə təsadüf olunur. Bu xəstəliklərə çox vaxt yaşı 50-dən yuxarı olan insanlar tutulur. Amma daha gənc yaşlarda da bu xəstəliklərdən əziyyət çəkənlər var".

Azərbaycanda onkoloji xəstələrin sayı ilə bağlı rəsmi statistika yoxdur.

Səhiyyə Nazirliyi rəsmilərinin son açıqlamalarına görə, Azərbaycanda insanların 11 faizi onkoloji xəstəliklərdən vəfat edirlər. Bu göstəricinin 2020-ci ilədək 15 faiz artması gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/186456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR