“Bizim etirazımız nəyi dəyişəcək ki?” – Sezar Meza Kolli

“Bizim etirazımız nəyi dəyişəcək ki?” – Sezar Meza Kolli
20:42 4 Fevral 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Kəpəz"lə oyunun 28-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan "Zirə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli matçdan sonra sualları cavablandırıb.

- Belə vacib oyunda komandanızı azlıqda qoymağınıza ehtiyac var idi?

- Komandamız yaxşı mübarizə apardı. Necə oynamağımızdan çox, 3 xal qazanmaq vacib idi. Biz də bunu bacardıq. Bu nəticəyə görə komandamla fərx edirəm.

- Həmin anda nə baş verdi ki, hakim sizə qırmızı vərəqə götərdi?

- Nə baş verdiyini bilmədim. Yerə yıxılmışdım. Sonra ayağa qalxanda gördüm referi mənə qırmızı vərəqə göstərir. Hansı səbəbə, onu xatırlamıram.

- Etiraz etmədiniz. Heç komanda yoldaşlarınız da referiyə narazılıqlarını bildirmədilər. Görünür, haqlı qərar idi...

- Bilirsiz niyə etiraz etmədik? Hakim qərarı veribsə, bizim etirazımız nəyi dəyişəcək ki? Qərar verilib və onunla barışmaq lazımdı. Mən və komanda yoldaşlarım buna görə referiyə narazılığını bildirmədi.

- Fasilədən sonra keçirilən oyunlar daha çox hakimlərin, həm də nəticəyə təsir edən səhvləri ilə yadda qalır. Referi bu oyunda da vərəqələrdən çox istifadə etdi. Siz buna görə narahat deyilsiz?

- Ən yaxşısı hakimlərə çox fikir verməməkdi. Yəni hər qərara etiraz etmək lazım deyil. Tutaq ki, bizim komandaya qarşı yanlış qərar verilib, etiraz etməklə nəyi dəyişəcəyik ki? Çalışıb, balanslaşdırılmış şəkildə addım atmalıyıq. Faydalısı budu.

- İkinci hissədə oyun üslubunuz sırf topu irəli vurmaq, qapı qarşısında sədd çəkmək oldu. Necə düşünürsüz, meydandakı futbolçuların gücü çatmadı, yoxsa azlıqda qalıqları üçün panikada idilər?

- Bu matçda məqsədimiz 3 xal qazanmaq, xal ehtiyatımızı artırmaq idi. Hesabı da azlıqda qaldıqdan sonra açdıq. Sonrakı dəqiqlərdə bu üstünlüyümüzü qorumağın qayğısına qalmışdıq. Ona görə də müdafiədən oynayırdıq. Hesabı qorumaq üçün bu cür oynadıq.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Oyunu buraxacaqsız, bu dəqiqdi. Bu iki komandanın "qardaşlaşması" haqda nə deyə bilərsiz?

- Çox danışa bilməyəcəm, çünki özüm də oyunu buraxmalı olacam. Meydandan kənarda belə hal ola bilər, amma oyun zamanı rəqibik və hər bir futbolçu öz komandasının qələbə qazanmasına çalışacaq. Bu da fakdır ki, "Qarabağ"a qarşı oynamaq çox çətindi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR