Niyə qüdrətin yanında elm, elmin yanında isə qüdrət olmalıdır?

Niyə qüdrətin yanında elm, elmin yanında isə qüdrət olmalıdır?
21:12 4 Fevral 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

"Peyğəmbərləri onlara dedi: "Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi". Dedilər: "Hökmdarlığa biz ondan daha layiq olduğumuz və ona çoxlu var-dövlət verilmədiyi halda, o, bizə necə hökmranlıq edə bilər?!". (Peyğəmbərləri) dedi: "Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib. Allah Öz hökmdarlıq və şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir"". ("Bəqərə" 247).

Əli ibni İbrahim İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "Bəni-İsrayil (ə) Həzrət Musadan (ə) sonra günah etdilər və Allahın dinini dəyişdirdilər. Allahın əmrindən boyun qaçırtdılar. Halbuki, onların arasında peyğəmbər var idi ki, onları əmr və nəhy edirdi. Lakin onun ardınca getmirdilər". (Erfan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, nəql edildiyinə görə, bu peyğəmbər Ərmiya Nəbi (ə) idi. Allah Calutu onlara hakim edir və Calut da Bəni-İsrayili xar edir. Kişiləri öldürür və insanları diyarlarından çıxardır, qadınları qul edir. Bu zaman Bəni-İsrayil həmin peyğəmbərin (ə) yanında nalə edir və ağlayırlar. Ondan xahiş edirlər ki, Allaha dua etsin ki, onlara adil bir padşah göndərsin.
Quranın da buyurduğu kimi, Allah Təala Talutu onlar üçün padşah seçir. O, həm bədən cəhətdən güclü bir insan idi və həm də onların ən alimi idi.
Talut yoxsul bir ailədən idi və ona görə də Bəni-İsrayil etiraz edir ki, necə yoxsul biri onlara padşahlıq edə bilər. Peyğəmbərləri (ə) onlara cavab verir ki, onu Allah sizin üçün seçmişdir. "Peyğəmbərləri onlara dedi: "Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın əsası, zirehi və nə'leyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız, onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır". ("Bəqərə" 248).
Əllamə Təbatəbai bu ayələrin təfsirində buyurmuşdur: "Padşahlıq, səltənətliyini möhkəmləndirmək və cəmiyyətə qalib gəlməklə olur. Çünki hədəf odur ki, dağınıq insanları bir yerə toplaya bilsin. Onları bir iradənin altında cəmləsin ki, cəmiyyətin hər bir fərdi başqasının dəxaləti olmadan kamal yolunu gedə bilsin. Padşahlıqda hədəf budur ki, qüdrət sahibi insanların məsələlərini həll edə bilsin. Ona görə də kamil bir padşah üçün iki şey lazımlıdır: biri elmdir ki, insanların həyatını yaxşılaşdıra bilsin. Biri də cismi qüdrətdir ki, cəmiyyətdə öz baxışlarını insanlara yeridə bilsin. Ona görə də Allah bu ayədə iki mövzuya işarə etmişdir: "Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib".
Allah cismi qüdrət barəsində Zülqərneynin əhvalatında buyurur: "Həqiqətən Biz ona yer üzündə qüdrət verdik və onun ixtiyarında (istədiyi) hər bir şeydən (elm, qüdrət və imkanat kimi) səbəb və vasitələr qoyduq". ("Kəhf" 84).
Beləliklə deyə bilərik ki, Quran bir padşahın malik ola biləcəyi iki mühüm sifəti bəyan etmişdir ki, onlardan biri elmdir, o birisi isə cismi qüdrətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR