Sileyi-rəhmi telefonla etmək olarmı?

Sileyi-rəhmi telefonla etmək olarmı?
21:22 4 Fevral 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Sileyi-rəhim dinimizin çox təkid etdiyi mühüm məsələlərdəndir. Qohumlar öz şəraitlərinə və zamanlarına uyğun olaraq mümkün vasitələrlə sileyi-rəhim etməlidirlər. Keçmişdə indiki imkanlar olmadığı üçün insanlar yalnız canlı görüş və məktub vasitəsilə siley-rəhim edirdilər.

Milli.Az islam.az-a istinadən bildirir ki,dinimizin ən çox bəyəndiyi sileyi-rəhim növü də canlı görüşməkdir. İmkan daxilində qohumun evinə getmək və ya başqa bir məkanda görüşmək daha yaxşıdır. Amma bunu həmişə etmək narahatlıq törədirsə, o halda telefon vasitəsilə, yazışmaqla da sileyi-rəhim etmək olar. Sileyi-rəhmin məqsədi bir-birinin problemləri ilə maraqlanmaq, çətinlikləri birlikdə həll etmək və arada soyuqluq yaranmasına mane olmaqdır. Telefon zəngi və yazışma da bu məqsədlərə xidmət etməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR