x
Loading...

"Azərsun": Hələ heç bir məhsulun qiyməti artırılmayıb

12:57 16 Mart 2015
Ölkə mətbuatı
A- A+
.

Holdinqin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək Departamentinin müdiri Afiq Səfərov bu gündən etibarən “Azərsun” istehsalı olan çayların qiymət artımı ilə bağlı yayılan məlumatlar haqqında “Report”a məlumat verib.
Onun sözlərinə görə, A.Goozal qiymət artımının mərhələli şəkildə gedəcəyini vurğulayb və dəqiq vaxt və məbləğ bildirməyib. A.Səfərov deyib ki, “Azersun”un istehsal etdiyi heç bir məhsulun qiymətində hələ ki, dəyişiklik olunmayıb. “Bu gündən etibarən bizim istehsalımız olan çayların qiymətlərinin artımı ilə bağlı söz-söhbətlər həqiqəti əks etdirmir, biz hələ ki, ehtiyat hissəni satırıq və bunun üçün artıma ehtiyac yoxdur, artımla bağlı konkret qiymət və vaxt müəyyənləşdirilməyib”, - deyə Departament müdiri bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azersun-hele-hec-bir-mehsulun-qiymeti-artirilmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR