“...buna görə cəzalanırsan”

“...buna görə cəzalanırsan”
22:14 4 Fevral 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

“Uşaqlar yaxşı oynadılar. Matçda temp var idi. Həm rəqib, həm də bizim komanda gözəl oyun nümayiş etdirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi matçdan 2:2 hesablı bərabərliklə ayrılıb.

 

Görüş başa çatdıqdan sonra oyun haqqında fikirlərini bölüşən gürcü çalışdırıcı son anda qələbəni əldən verdikləri üçün təəssüfünü gizlətməyib: “Təəssüf ki, qələbəni əldən verdik. Ancaq nə edək? Belə alındı və biz növbəti oyunlara hazırlaşacağıq. Görünən budur ki, son saniyələrə qədər diqqətli olmaq lazımdı, yoxsa, buna görə cəzalanırsan”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR