Su böyrək daşını əngəlləyir

Su böyrək daşını əngəlləyir
22:17 4 Fevral 2017
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaman keçdikcə böyrəkdə bəzi kristallar əmələ gəlir. Bu kristallar bir müddət sonra birləşərək böyrək daşlarını əmələ gətirirlər.

Böyrək daşlarının böyük bir hissəsinin ortaya çıxmasında genetik faktor durur. Genetik səbəblərə görә böyrəyin nizamlı işləməsində yaranan pozğunluq daşların meydana gəlməsini asanlaşdırır. Hərəkətsiz həyat, ekoloji faktorlar və qidalanma vərdişləri daşların meydana gəlməsində təsirli olduğu müәyyәn olub.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, böyrək daşlarının meydana gəlməsində genetik quruluşun rolu böyükdür. Ayrıca kişilərdə böyrək daşı qadınlara nisbәtdә daha çox müşahidә edilir. Qış aylarında soyuqlara görә su içmək istəyi və maye istehlakı azalır, bu vəziyyət də genetik faktorla birləşdiyində daşların meydana gəlməsinə zəmin hazırlamaqdadır. Ağrıyla özünü müəyyən edən böyrəkdəki daşın ölçüləri əhəmiyyətlidir. Daş müəyyən bir böyüklükdən çoxdursa, böyrək içərisində hidronefroz (böyrəkdə şişmə) meydana gələcək, bu da ağrıya və böyrəkdə funksiya pozuqluğuna səbəb olacaq. Mütəxəssislər mütəmadi olaraq, xüsusilə qış aylarında, su içməyin böyrək daşını əngəllədiyini vurğulayırlar.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/514072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR